Xalq artisti Alim Qasımov İlhamə Quliyeva və Aygün Kazımova arasında son günlərdə yaranmış gərginliyə münasibət bildirib.
O, Ölkə.az-a açıqlamasında onları barışığa çağırıb: "İlhamə Quliyeva ilə Aygün Kazımova arasında olanlardan xəbərim yoxdur. Allah bizi ona görə yaradıb ki, yüksək səviyyədə insanlıq nümunəsi, barışıq, din-iman nümunəsi kimi yaşayıb ömrümüzü başa vuraq və onun dərgahına qayıdaq. Ona görə millətimizin bu vəziyyətində, yüz minlərlə məcburi köçkünümüz olduğu halda, özümüz də özümüzü didib-parçalamamalıyıq. Bu, bizə yaraşmır. Çünki bu dəqiqə bütün dünya alov içindədir. Allah özü bizi qorusun. Dünyanın bu halında xalqı sülhə, mehribanlığa, əmin-amanlığa çağırmalıyıq. Küsənləri də sülhə çağırıram".
Sayt əməkdaşının "Ehtiyac olarsa, onları barışdırmaq təşəbüsü ilə çıxış edərsinizmi?" sualına sənətkarın cavabı belə olub: "Bilirəm ki, bu sözü eşidəndən sonra özləri barışacaqlar. Onların barışığında iştirak etmək istəmirəm".