5 Fevral 2016 12:15
1 143
12 Punto 14 Punto 16 Punto 18 Punto

Əməkdar artist Röya Ayxanın prodüseri Kənan Bayramovla iş birliyinə son qoyması haqqında xəbər yayılıb.

Prodüser Teleqraf.com-a bildirdi ki, R.Ayxanla münasibəti yaxşıdır və yayılan xəbərlər əsassızdır: “Günün mövzusuna çevrilmişik. Yayılan xəbərlər əsassızdır. Bizim aramızda heç vaxt maliyyə ilə bağlı problem ola bilməz. Məni tanıyanlar bilir ki, belə hal mümkün deyil”.

Prodüser onu da dedi ki, R.Ayxan ilə küsülü deyil: “İş prosesində inciklik ola bilər. Amma Röya xanımla münasibətimiz yaxşıdır və küsülü deyilik”.

Bu haqda Ölkə.az saytında məlumat yayılıb və prodüserin maliyyə məsələlərində Röya ilə problem yaşandığı qeyd edilib.

Rəqsanə


Müəllif:

Oxşar xəbərlər