Bakıda dünyaya gələn Araz 2014-cü ildə Tuluza şəhərinə köçüb.
Fransanın TF1 telekanalında yayımlanan “The Voice” (“O səs”) şousunun növbəti buraxılışlarından birində səhnəyə azərbaycanlı gənc çıxıb. Araz adlı həmyerlimiz ifası ilə jüri heyətini özünə tərəf döndərə bilib.
Səhnəyə Azərbaycan xalqının milli musiqi aləti olan tarla çıxan Araz Kris İsaakın “Wicked” kompozisiyasını ifa edib.
Jüri və tamaşaçıları heyran edən Arazın 25 yaşı var. O, Bakıda dünyaya gəlib. Fransa vətəndaşı ilə ailə həyatı quran həmyerlimiz Tuluza şəhərində yaşayır.
Araz Hümbətli kimdir?
Bakıda dünyaya gələn Araz 2014-cü ildə Tuluza şəhərinə köçüb. Uşaq vaxtlarında “blues” musiqi janrının pərəstişkarı olan Araz Fransada Azərbaycan incəsənətinin təbliğatı ilə məşğul olur.