Müğənni Zerrin Özer "TRT Müzik"də "Anılarınla Gel" proqramının canlı yayımında huşunu itirib.
Təzyiqi düşən ifaçı təcili xəstəxanaya aparılıb. Bir qədər sonra evə buraxılan Zerrin "sadəcə təzyiqim düşmüşdü, hazırda yaxşıyam" deyib.
Qeyd edək ki, müğənni bir müddət əvvəl həkimlərin səhvi nəticəsində ayaqları tutulmuş və əlil arabasına məhkum olmuşdu.//axşam.az