10 Fevral 2016 10:17
2 511
12 Punto 14 Punto 16 Punto 18 Punto

Məşhur "Sports Illustrated" jurnalı "Sports Illustrated Swimsuit Issue" buraxılışı üçün fotosessiyalara tanınmış nərmənazik supermodelləri yox, vücud ölçüləri moda biznesində "əlverişsiz" sayılan xanımları dəvət edib.

Fotosessiyaya qatılanlar arasında 56 yaşlı Nikola Qriffin var. "Swimsuits for All" adlı fotosessiyaya çəkilən iki övlad anası N.Qriffinin dediyinə görə, kamera qarşısında olanda sanki 50 il cavanlaşıb.

"Dünyada ilk dəfə mən 56 yaşımda kameralar qarşısında bikinidə pozalar verdim. Cürət etdim və peşman da deyiləm", - Nikola Qriffin deyib.

Sessiyaya "plus-size" model, Qana əsilli britaniyalı, 26 yaşlı Filomena Kvao da qatılıb.

Milli.Az


Müəllif:

Oxşar xəbərlər