12 Fevral 2016 14:35
616
12 Punto 14 Punto 16 Punto 18 Punto

Müğənni-bəstəkar Ceyhun Əliyev mahnılarının qiymətini açıqlayıb.

Teleqraf.com xəbər verir ki, sənətçi bəstəsinin qiymətinin 5 min manat olduğunu deyib: “Buraya mahnının sözləri, musiqisi, aranjimanı, həm də müğənninin studiya çalışması daxildir. Bu gün mahnı bazarında mənim müəllifi olduğum nəğmələr üstünlük təşkil edir. Tələbatı hiss edirəm. Mahnılarım da biri-birindən fərqlənir. Ona görə də, məbləği, məhsula uyğunlaşdırmışam”.

C.Əliyevin fikrinə bəstəkar Nailə Mirməmmədli münasibət bildirib: “Əgər Ceyhun mahnını 5 minə yazırsa, mənim 19 minə mahnı yazmağa yəqin ki, haqqım çatır. Əgər müğənni həmin mahnıdan artıqlaması ilə qazanc götürə bilirsə, məbləğı ödəməyə dəyər. Mahnı da o qədər gözəl olmalıdır ki, pul qazandıra bilsin. Mənim üçün gənc yazarların savad almağı, bahalı mahnı yazmaqdan daha vacibdir. Əgər istedad yoxdursa, bir-iki melodiya ətrafında fırlanacaqlar, sonra meydandan yox olacaqlar. 5 min manata mahnı satmaq üçün musiqi savadı olmalıdır. Mən iki ali təhsil almışam, amma bəstəkarlıq üçün yenə də bunu az bilirəm. Təklif edirəm, gəlib dərslərimizdə otursunlar, nə dediyimi o zaman daha dərindən başa düşəcəklər”.

Bəstəkar Faiq Sücəddinov isə C.Əliyevi tanımadığını deyib.

C.Əliyev hər iki bəstəkarın fikrinə belə cavab verib: “Musiqi təhsilimi muğam və vokal üzrə almışam. Müəllimlərim Canəli Əkbərov və Teymur Əmrah olub. Nailə xanımın fikrinə hörmətlə yanaşıram. Düzdür, bəstəkarlığı bitirməmişəm. Nailə xanımın böyüklüyünün qarşısında baş əyirəm. Dəvət edir ki, gəlsin daha dərindən öyrənsin.

Böyük məmnuniyyətlə gedib öyrənərəm. Faiq müəllim baltalayır. Bəs, onda biz gənclər yaşlı nəsildən nəyi öyrənək? Yaradıcılığımızı bilmək və barəsində danışmaq istəmirsiniz, aqressiv şəkildə yanaşırsınız. Bizim öyrənən vaxtımızdır, qol-qanadımızı sındırmaqdansa, düzgün yol göstərsinlər, səhvimizi desinlər ki, biz də gələcəkdə yeni nəsilə doğru olanı aşılayaq”.

Rəqsanə


Müəllif:

Oxşar xəbərlər