Əməkdar artist Elnarə Abdullayeva və müğənni Xatirə İslam barışıb.
Teleqraf.com xəbər verir ki, hər iki sənətçi sosial şəbəkədə fotolarını paylaşaraq, küsülülüyə son qoyduqlarını nümayiş etdiriblər. Çəkiliş məkanlarının birində qarşılaşan həmkarlar barışıq addımı atıblar.
Qeyd edək ki, E.Abdullayevanın “Oğluma heç vaxt müğənni qız almaram” sözləri şou-biznesdə qalmaqala səbəb olmuşdu. Onun bu sözlərinə etiraz edən Xatirə qarşı tərəfin ünvanına ittihamlar yağdırmışdı.