17 Fevral 2016 12:31
2 598
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Hər insanın həyatında çətinliklər olur. Alın yazısına çox inanıram. Allah insana valideynlərin, qardaşın, yoldaşın xeyirlisini versin. Mən hər zaman qardaşıma ana olmuşam, o da mənə ata əvəzi olmalı idi. Nə qardaşın, nə atanın xeyrini gördüm”.

Teleqraf.com xəbər verir ki, bu sözləri “Ondan sonra” verilişində müğənni Sevda Sanəliyeva deyib: “6 yaşımdan atamı görməmişəm. Ailənin təməli atadan qurulur. Anamın xəstələnməsi, qardaşımın xeyirsiz çıxması, mənim bu qədər çətinliklər yaşamağım, rəqqasəliyimi damğa kimi görənlər... hamısı atamdan irəli gəlir. Buradan valideynlərə deyirəm ki, uşağı böyütmək asan, amma uşağı düzgün böyütmək, gələcək vermək çətindir. Mən övladımın gələcəyi üçün çox əsirəm. Onun psixologiyasını korlamamaq üçün əlimdən gələni edirəm. Hansı ki, bu 9 ayda çox çətinliklər yaşamışam. Elə vaxt olub ki, yerə yıxılıb qışqıra-qışqıra ağlamışam, amma oğlum iməkləyə-iməkləyə gələndə gülmüşəm. Halbuki içim qan ağlayıb. Mənim qardaşım atamın hərəkətlərini təkrarlayır. Bunu özünə də deyirəm. Amma o yalnız məni, anamı bədbəxt edir. Amma qardaşım da xoşbəxt deyil”.

S.Sanəliyeva həyat yoldaşının ona çox dəstək olduğunu vurğulayıb: “Həyat yoldaşım sağ olsun, mənə çox dəstəkdir. O olmasa çətin günlərimi necə keçirərdim, bilmirəm. Oğlum üçün yaşamağa çalışardım, amma canlı ölü kimi yaşayardım. Yoldaşım yaşamağa ruhlandırır. Sevgi gəlir keçir, onunla aramızda doğmalıq, dostluq münasibətimiz var. Dostluq çox vacibdir”.

Müğənni anasının ona görə xoşbəxtliyindən vaz keçdiyini deyib: “Anam məni çətinliklərlə böyüdüb. Çörək tapmayanda məni atmayıb, ikinci dəfə ailə həyatı qurmayıb. Nənəmgil onu ikinci dəfə ərə vermək istəyirdilər. Anamın valideynləri deyiblər ki, səni bir şərtlə qəbul edirik, uşağını həyat yoldaşına ver. Anam bununla razılaşmayıb. Əlimdən gələni edəcəm ki, uşağım xoşbəxt böyüsün. Onun atasız böyüməsini istəmirəm. Yoldaşım çox imkanlı insan deyil. Mənə deyirlər ki, sən niyə bu yolu seçmisən? Halbuki dəbdəbəli həyat yaşaya bilərsən. Mən deyirəm ki həyatımda görmədiklərimi oğluma yaşatmaq istəyirəm. Atanın tərbiyəsi kimi böyük var-dövlət yoxdur”.

Rəqsanə


Müəllif:

Oxşar xəbərlər