Ötən ay Nyu-Yorkda avstraliyalı milyarder Ceyms Pakerlə nişanlanan 45 yaşlı müğənni Meray Keri Las-Veqasda gecə klublarının birində keçirilən parti zamanı görüntülənib.
Axşam.az “Dailymail”ə istinadən xəbər verir ki, gecə üçün başdan-ayağa gümüşü rəngə üstünlük verən ifaçı kameralara 7 milyon dollarlıq nişan üzüyünü göstərib. Bundan başqa, Meray geyimini digər bahalı aksesuarlarla tamamlayıb.
M.Kerinin libası “Christian Louboutin”dən olub.