Bir vaxtlar “Xeyir ola” verilişində birlikdə çıxış edən Aygün Kazımova və Samir Piriyev cütlüyü yenidən bir araya gəliblər.
Bu dəfə onlar aparıcı kimi yox, duet ortağı olaraq gündəmi darmadağın etmək iddiasındadırlar.
Teleqraf.com xəbər verir ki, Samir Piriyevin prodüseri Anar Mədətovun hazırladığı layihə “Ağlasın” adlanır. Duetdən kiçik bir hissə sosial şəbəkədə paylaşılıb. Cütlük “Ağlasın” adlı duetlə şou-biznesdə çoxunu ağladacaqlarını iddia edib.
Mahnının sözləri Hacı Akifindir.
Rəqsanə