22 Fevral 2016 15:38
896
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Həmişə bir yerdə oluruq. Bizim münasibətimiz dostluqla başladı və sonra ailə həyatı qurduq”.

Teleqraf.com xəbər verir ki, bu sözləri “Atv maqazin onlarla” verilişində Aşıq Samirənin keçmiş həyat yoldaşı, prodüser Rizvan Məmmədov deyib: “O, mənim övladlarımın anasıdır. Hələ də bir-birimizə hörmətimiz var. Dostluğumuzu heç nə poza bilməz. Samirə xanım uşaqlarımın anası olub. Onu indi də çox sevirəm. Biz həyatımıza aid heç nəyi silməmişik. Övladlarıma görə ondan ayrılmağıma peşmanam”.

Aşıq Samirə isə həyat yoldaşından ayrılsa da dostluq münasibətlərinin davam etdiyini bildirib: “Bir yerdə ömür, sevgi paylaşmışıq. Həyat yoldaşından ayrılıb, düşmən olanlar bizdən örnək götürsünlər. Heç kim ideal deyil, onun da, mənim də səhvim var. Üç illik ailəmizə son qoyulmasına səbəb sevgimizin çox olmasıdır”.

Rəqsanə


Müəllif:

Oxşar xəbərlər