24 Fevral 2016 00:53
639
12 Punto 14 Punto 16 Punto 18 Punto

Sənətə gəlişinin 20-ci ildönümünü qeyd etməyə hazırlaşan müğənni Rafet El Roman maraqlı açıqlamalar verib.

Axşam.az-ın Türkiyə mətbuatına istinadən məlumatına görə, “Məcnun” adlı yeni albom hazırlığında olan ifaçı fanatı olduğu sənətçi Fərdi Tayfurun da mahnılarını səsləndirib. Rafet sənətçi ilə bağlı xatirələrini bölüşüb. O, illər əvvəl Almaniyada konsert verən Fərdi Tayfurun uğrunda döyüldüyünü deyib.

Belə ki, R.E.Roman gizlicə sənətçinin kulisinə girmək istəyərkən mühafizəçilər tərəfindən döyülüb. Rafet “Onu görmək üçün yumruq yedim, amma indi mənə mahnısını hədiyyə etdi” deyib.


Müəllif:

Oxşar xəbərlər