“Söz-söhbətlər onu tükətdi. Heyif, Azərbaycan sənətində xüsusi yeri olan bir xanım dünyasını dəyişdi”.
Bu sözləri Teleqraf.com-a müğənni Firuzə İbadova deyib: “Bu xəbər mənə çox pis təsir etdi. Mən mövqeyimdə birmənalı olan insanam. 45 il İlhamə xanımla bacı kimi dostluğumuz olub. Sənət insanı kimi şəxsəm mənim dayağım, bacım olub. Mənə çox pis təsir etdi ki, o, belə tez rəhmətə getdi”.
Aparıcı Elgiz Əkbər isə bunları deyib: “İndiyə qədər inana bilmirəm ki, İlhamə Quliyeva dünyasını dəyişib. Xəbəri eşidib, çox üzüldüm. Bu gün Azərbaycan xalqı çox dəyərli bir sənətkarını itirdi. İlhamə xanım çox dəyərli müğənni idi, onun çox gözəl səsi, sənəti var idi. Görəsən, bu boşluğu doldurmaq mümkün olacaqmı?”
Azərbaycanın xalq artisti İlhamə Quliyeva bu gün səhər saatlarında ürək tutmasından vəfat edib.
Rəqsanə