26 Fevral 2016 13:41
2 462
12 Punto 14 Punto 16 Punto 18 Punto

Xalq artisti İlhamə Quliyevanın vida mərasimində iştirak edən xalq artisti Faiq Ağayev İ.Quliyevanın ölümünə inanmadığını deyib.

O, Teleqraf.com-a açıqlamasında xalq artistinin sənətinin onu yaşadacağını bildirib: “İlhamə xanım dünyasını dəyişməyə hazırlaşan insana oxşamırdı. Öləcəyinə də inanmırdım. Onun bu gün bizə gözəl mahnıları, sənəti qaldı. Allah rəhmət etsin. Ölümünə çox üzüldüm”.

Vida mərasimində Mənsum İbrahimov, Gülyaz və Gülyanaq Məmmədova bacıları, Rəşad İlyasov, Emil Bədəlov, Elvin Abdullayev, Ruhi və başqa sənət adamları iştirak edir.

Rəqsanə


Müəllif: