“Oğlan evi” filminə çəkilən aktyor İslam Mehrəliyevə yeni filmdən təklif var.
O Teleqraf.com-a bildirib ki, filmin ssenarisini oxuduqdan sonra qərar verəcək: “Oğlan evi” filminə çəkildim və tamaşaçılar tərəfindən normal qarşılandı. Növbəti çəkiləcəyim işin də yaxşı alınmağını istəyirəm. İlham Qasımov yeni film çəkməlidir. Eləcə də başqa təkliflər var. Amma hələ dəqiq qərar verməmişəm. Ssenarini oxuduqdan sonra qərar verəcəm. “Oğlan evi” filmində elə səhnələr var idi ki, bəzi aktyorlar deyirdilər “yerinə olsaydıq, çəkilməzdik”. Əslində, aktyor heç bir obrazdan imtina etməməlidir”.
Rəqsanə