Müğənni Səidə Sultan həmkarı ilə yaşadığı sevgi münasibətindən danışıb.
Onun Teleqraf.com-a açıqlamasına görə, sevgi münasibəti yaşadığı müğənni ilə evlənmək istəməyib: “İllər əvvəl həmkarım ilə sevgi münasibəti yaşamışam. Amma o zaman müğənni ilə evlənmək istəmirdim. Bunu daha çox gənc olmağıma bağlayıram. Hazırda həyatımda heç kim yoxdur. Amma indi müğənni sevgilim olsa, evlənərəm. Çünki eyni sferadan olan insanlar bir-birini daha yaxşı başa düşür. Əsas güvən olmalıdır. Müğənni ilə evlənsəm, sənətimi atmağımı da istəməz. Bir də ərim yaxşı pul qazansa, mən sənətimi ataram”.
Rəqsanə