Əməkdar artist Murad Dadaşov televiziyaları tənqid edib.
Onun Teleqraf.com-a açıqlamasına görə, televiziyaların hazırkı vəziyyəti qaneedici deyil: “Layihəmlə yaxın günlərdə sizi sevindirmək istərdim. Amma mənə əvvəlcədən nə isə demək düşmür. Yaxın günlərdə yeni layihəm olacaq. Amma mən iş görürəmsə, hamıdan yaxşı görməyə çalışıram. Bir az televiziyaların indiki vəziyyəti də məni qane etmir. Günü-gündən tamaşaçılarını itirir. Efirdə yayımlanan verilişlərin əksəriyyəti aşağı səviyyədədir. Bu dövr sona çatmalıdır. Kanallara baxanda adam dəhşətə gəlir ki, cəmiyyətimiz yalnız yemək verilişlərindən və çalıb-oynamaqdan ibarətdir”.
Rəqsanə