Xalq artisti Firəngiz Mütəllimova şəxsi həyatı ilə bağlı məsələlərə aydınlıq gətirib.
Axşam.az-ın məlumatına görə, aktrisa əlavə biznesinin olub-olmaması ilə bağlı sualları belə cavablandırıb: “Bu günə kimi heç bir əlavə biznesim olmayıb. Başım hər zaman sənətimə qarışıb. Hərdən reklam təklifləri alıram. Onda da yüksək qonorar istəyirəm. Çünki biz sənət adamları çəkilişlərdən gələn pullarla dolanırıq. Tələbələrimə də deyirəm ki, haqqınızı hər zaman tələb edin. Onları hardasa pulsuz çəkilməyə qoymuram. İki-üç ildən sonra aktyor dərsləri vermək üçün məkan açmağı düşünürəm”.