Bu gün Azərbaycanı bu il "Eurovision" mahnı müsabiqəsində təmsil edəcək ifaçının müəyyənləşdirilməsi üzrə münsiflər heyətinin iclası keçirilib.
Teleqraf.com-un İTV-yə istinadən məlumatına görə, toplantıda ölkəmizi "Eurovision 2016" mahnı müsabiqəsində bu il təmsil edəcək iştirakçının adı müəyyənləşdirilib.
Bu, Səmra Rəhimlidir. O, mahnı müsabiqəsində "Miracle" mahnısını ifa edəcək.