“Sənətimi dəstəkləyən insan qarşıma çıxsa, ailə həyatı quracam. Elə bir insan qarşıma çıxmasa, neynəyə bilərəm ki?”.
Bunu Teleqraf.com-a aktrisa Könül Nağıyeva deyib: “Hazırda şəxsi həyatımda heç kim yoxdur. Enerjimi işimə yönəltmişəm. Şəxsi həyat işimə mane olur. Ona görə də fikirləşirəm ki, əvvəl məqsədimə çatım, sonra şəxsi həyatım haqqında düşünüm. Əslində, tənha qalmaqdan qorxmuram. Çünki oğlum var. Allahın qismətidir”.
Rəqsanə