Müğənni Rəqsanə İsmayılova həyat yoldaşı ilə qeyri-rəsmi yaşaması haqqında yayılan şayiələrə son qoyub.
Teleqraf.com xəbər verir ki, sənətçi “Atv maqazin onlarla” verilişində nikah haqqında şəhadətnaməsini təqdim edib: “O insanla üç il əvvəl məkanların birində tanış olmuşuq. Rəsmi nigahımız keçən il oldu. Hamı deyir ki, Rəqsanə evli deyil. Mən həqiqətən də evliyəm. Övladlarımın ikisi - Aysun və Yağmur hazırda o insanın soyadını daşıyır. Hər kişi o addımı atıb, başqasının övladına öz soyadını verməz. Bu, böyük məsuliyyət tələb edir. Yağmurun və Aysunun ataları buna etiraz etmədilər. Aysun artıq böyük qızdır və atası bunu eşitsə, sevinər”.
Rəqsanə