6 Aprel 2016 15:35
1 985
12 Punto 14 Punto 16 Punto 18 Punto

Gülbahar Quliyeva: “Bacımı Mehriban Hüseynovanın öldürdüyünə inanmıram”

Xalq artisti İlhamə Quliyevanın ölümü ilə bağlı ekspertizanın nəticələrinə mərhum müğənninuin bacısı Gülbahar Quliyeva münasibət bildirib.

O, Teleqraf.com-a bildirib ki, ekpertizanın nəticəsi ilə razıdır: “Ekrpertiza İlhamə Quliyevanın zəhərlənmə nəticəsində deyil, ürək çatışmazlığı və qan dövranının pozulmasını səbəbindən dünyasını dəyişdiyini bildirilirsə, deməli elədir. Mən nə deyə bilərəm? Bacımı itirmişəm və mənim üçün onun yoxluğu dərddir.

Bacım vəfat edən ilk gündən dedilər ki, ürək çatışmazlığı nəticəsində dünyasını dəyişib. Amma ekspertizaya razılıq verdik ki, bəlkə də elə deyil. Heç nədən şübhəm yoxdur. Köməkçisi Mehriban Hüseynovanın onun ölümündə əli olmasına inanmıram. O həbsxanadadır. Əslində bu söhbətlərə qarışmaq istəmirəm, çünki bunlardan uzaqam, o işlərdən xəbərim yoxdur. İnanmıram ki, o, həbsaxada otura-otura göstəriş verər? O kimdi ki? Həbs edilib və əgər günahı varsa, layiqli cəzasını da alacaq. Bu haqda heç nə bilmərəm. İstintaq gedir. Kimdi günahkar cavab versin. İlhamənin ölümündə kimin əli varsa, cavabını verəcək”.

Rəqsanə


Müəllif:

Oxşar xəbərlər