Xalq artisti Aygün Kazımova vətənpərvər ruhda olan növbəti layihəsini təqdim edib.
Xalq artisti Teleqraf.com-a bildirib ki, "Əsgər marşı" adlı mahnı ifa edib: “Marşın sözləri Cəlal Qurbanova, musiqisi və aranjimanı isə Yaşar Baxışa aiddir. Vətənpərvər ruhda olan mahnılarımın əksəriyyətinin müəllifi dostum Cəlal Qurbanovdur. Yaşar Baxış ilə məni uzun illərin yaradıcı yolları bağlayır. Marşı vətənpərvər mahnıların peşəkar ifaçısı Şəmistan Əlizamanlıya da təqdim etmişik. O da ifa edib. Onun ifasında da "Əsgər marşı" çox uğurlu alınıb".
A.Kazımova bildirib ki, əyləncə ruhlu bütün layihələrini dayandırıb: “Fikrim əsgərlərimizin yanındadır. Ona görə vətənpərvər ruhlu layihələrə başlamışıq. Haqqımda ölüm, şər-böhtan, təxribat xarakterli xəbərlər yayan, yazan, danışan və bununla qalmaqal yaradıb gündəmə gəlmək istəyən insanlara demək istəyirəm ki, hal-hazırda çox məşğulam, sizə cavab verəcək zamanım heç yoxdur, bir az xətdə qalın...".
Qeyd edək ki, Aygün Kazımova yaxın günlərdə "Əsgər marşı"nın klip çəkilişlərinə başlayacağını da bildirdi.
Rəqsanə