13 Aprel 2016 23:35
1 050
12 Punto 14 Punto 16 Punto 18 Punto

Hollivud aktrisası Kristian Bell dünya mətbuatının gündəmindədir. Teleqraf.com xarici mətbuata istinadən xəbər verir ki, buna səbəb onun oynadığı “The Boss” filminin qala gecəsində jurnalistə yumruq atması olub.

Jurnalist aktrisaya sual verən zaman aktrisaya hörmətsiz yanaşır, mikrafonu üzünə vurur, xoşagəlməz suallar verir. Buna hirslənən aktrisa üzünü çevirib gedən zaman jurnalistin qolundan tutması ilə qəzəblənərək ona yumruq atır. Yerə yıxılan jurnalist qalxıb Bellin arxasında getmək istəyəndə ayağı ilişib yenidən yıxılır.

Pərvin


Müəllif: