“Kiralık aşk” serialı ilə gündəmdə olan məşhur türk aktyoru Barış Arduç əsəbləşib.
Teleqraf.com xəbər verir ki, buna səbəb mediada onun haqqında yayılan xəbərlərdir.
Türkiyə mediası bir neçə gündür ki, gənc qızların sevimlisi olan aktyorun Etilərdə qatıldığı partinin təşkilatçısı olan xanımla tədbir boyu səmimi münasibətinə diqqət çəkir. İddia edilir ki, Barış xanıma qarşı səmimi münasibətdə olsa da xanım aktyora sevgilisi olduğunu deyib, uzaqlaşıb.Barış da “Mənim də sevgilim var. Menecerim ayrılmağımıza icazə vermir” deyib.
Aktyorun isə gündəmi zəbt edən xəbərlərə cavabı çox gecikməyib.
Şəxsi “İnstaqram” hesabında xəbərlərin yalan olduğunu yazan Barış Arduç bundan sonra bu məsələlərin hüquqi çərçivədə həll ediləcəyini deyib:
“Ən çirkin şər-böhtanları atıb, altına da “iddia edildi” yazıb canınızı qurtara bilməzsiniz. Bundan sonra mənimlə bağlı əsassız xəbərlərə hüquqi çərçivədə cavab verəcəm. İddia edilməsin, bunu şəxsən özüm deyirəm”.
Pərvin