27 Aprel 2016 15:06
478

Məşhur aktrisa Tuba Büyüküstün “Ən yaxşı qadın aktrisa” mükafatına sahib olub.

Teleqraf.com Türkiyə mətbuatına istinadən xəbər verir ki, 22 ölkədən verilən 669 min 875 səslə aktrisa Tuba Büyüküstün “İlin ən yaxşı qadın serial aktrisa”sı seçilib. “Ən yaxşı kişi serial aktyoru” mükafatına isə Barış Arduç layiq görülüb.

Ən yaxşı sənətçi mükafatını müğənnilər Mustafa Ceceli ilə Sıla qazanıb.

Qeyd edək ki, mükafatlandırma MCD Gənclik Klubu və Dünya Gənclər siyasəti Dərnəyi tərəfindən təşkil edilib.

Rəqsanə


Müəllif: