"Bizimkiler" serialının "Cemil"i Uğurtan Sayıner "Renkli sayfalar"a qonaq olub.
Axşam.az-ın Türkiyə mətbuatına istinadən məlumatına görə, o, teatrda çalışdığını və heç kimə möhtac olmadığını deyib:
"Serial heyətinin çoxu dünyasını dəyişib. Qalan 3-5 nəfərlə görüşürəm. Həyat şərtləri insanları uzaqlaşdırıb. Xəbəri olmayanlar deyirlər ki, ölmüşəm".
Canlı yayım zamanı serialda aktyorun həyat yoldaşını canlandıran Sabriye Kara studiyaya gələrək sürpriz edib. Uğurtan göz yaşlarını saxlaya bilməyib.