Nizami Kino Mərkəzində müğənni Günay İbrahimlinin baş rolunu canlandırdığı "Sadəcə sev" filminin təqdimatı olub.
Film haqqında təəssüratlarını Teleqraf.com-a bölüşən Günay İbrahimli filmə ilk dəfə çəkildiyi üçün həyəcanlı olduğunu bildirib: "Çox filmlərdən təklif var idi. "Sadəcə sev" filminin ssenarisi xoşuma gəldiyi üçün təklifi qəbul etdim. İlk dəfədir ki, baş rolunu canlandırdığım filmə çəkilirəm. Sevənləri, küsülü olanları və bütün tamaşaçıları kinoteatrlarda gözləyirəm".
Müğənni kadr arxasında baş verən hadisələrdən də danışıb: "Film çəkilən zaman elə bir səhnə oldu ki, pilləkənlərdən yıxıldım. Amma şükür Allaha ki, əzilmədim. Film çox soyuq havada çəkilirdi. Filmə çəkilərkən əziyyət çox oldu. Amma çəkdiyim əziyyətə dəydi. İnşallah məni filmlərdə görəcəksiniz".
Qeyd edək ki, sənətçinin tərəf müqabili aktyor Cövdət Şükürovdur. Filmin quruluşçu rejissoru Sain Qəhrəman, operatoru Orxan Məmmədovdur.
Bildirək ki, filmdə Elşən Rüstəmov, aparıcı İlqar Mikayıloğlu, xalq artisti Rəfael Dadaşovun keçmiş həyat yoldaşı Sədaqət Dadaşova, Zamiq İbrahimov və başqaları çəkilib.
Rəqsanə