4 May 2016 19:05
639
12 Punto 14 Punto 16 Punto 18 Punto

Əməkdar artist Elza Seyidcahan yeni şeirini təqdim edib.

Müğənni “İnstaqram” səhifəsində paylaşdığı şeiri Merac gecəsinə həsr edib.

Teleqraf.com şeiri təqdim edir:

Elə yataram ağuşunda
Pərvazlandır şənbəmi,
Cüməmi, çərşənbəmi.
Zər-zinətdə, daş-qaşda,
Heç bir kəsdə gözüm yox.
Gözüm ancaq səndədir.

Gözəlliyindədir gözüm.
Namazında, zikrində,
Səcdəndədir sözüm.

İşıq gəlir, nur gəlir sözümə,
Güc gəlir, ruh gəlir qoluma,
Lütf gəlir, hava gəlir başıma,
Qoy havalanım eşqindən.

Məst olum gözəlliyindən,
Ağzım tama gəlsin dadından.
Gözüm ancaq səndədir,
Düşüb gözüm sənə yaman.
Ol mənimlə, ey tanrım.
Səndən başqa heç kimə
Könül verməm, kimsəm yox.
Nə qədər desən, sözüm çox.

31-ci ayə, 76-cı surə
Anaların ruh ünvanı olan,
Xanım Fatimeyi-Zəhramın.
Qüsursuz olan Məryəmin oğlu
Məsihamın,
Aşiqinəm Rəsulum.
Zəlilinəm, Allahım.
Sürgününəm, düşgününəm.

Xəstələndim dərdindən.
Bir içim suya möhtac kimi
səhrandayam.
Götür məni ağuşuna,
Çatdır məni dərvişimə.

Tez al məni dərgahına
Gördüyün kimi sev məni.
Ölürəm sənin üçün,
Elə yataram ağuşunda.
Əbədiyyən bu yuxudan
Oyanmaram.
Şirinliyindən doymaram.
Dərinliyindən çıxmaram.

Duymadı məni,
Görmədi səni,
Sevmədi onu,
Kimsə sən tək,
Sən də.

Tək-tək istədiyini aldın məndən
İndi əl çək
Əl çək məndən!
Ey, oğru!?
Oğrusan sən, dünya,
Oğru dünya.
Doğru dünya.
Oğru dünya...!

Pərvin


Müəllif:

Oxşar xəbərlər