Azərbaycanı “Eurovision”2016-da təmsil edən Səmra Rəhimlinin Stokholmdakı "Globen Arena"da məşqləri davam edir.
Teleqraf.com xəbər verir ki, ötən gün növbəti məşqini edən Səmra səhnədə xoşagəlməz hadisə ilə qarşılaşıb. Səmranın səhnə geyimi məşq zamanı cırılıb.
Fürsəti əldən verməyənlər çəkdikləri fotoları sosial şəbəkədə fan səhifələrində paylaşıblar.
Məşqlərdən sonra keçirilən mətbuat konfransında çıxış edən təmsilçimiz xəstələndiyini, səsinin tam yerində olmadığını deyib.
Buna baxmayaraq ifaçı jurnalistlər üçün “Sarı gəlin” mahnısını ifa edib.
Səmranın “Eurovision”2016-da çıxışı mayın 10-də olacaq. Azərbaycan təmsilçisi 14 nömrə altında çıxış edəcək.
Pərvin