13 May 2016 12:22
1 417
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ötən gün keçirilən "Eurovision"nun ikinci yarımfinalında Ermənistan növbəti dəfə təxribata əl atıb.

Teleqraf.com xəbər verir ki, Ermənistanın "Hayastan 1 TV" kanalı ikinci yarımfinalda Ukrayna təmsilçisi Jamalanın ifası zamanı yayımı kəsib. Norveç təmsilçisi səhnəyə çıxdıqdan sonra müsabiqə efirdə davam edib. Buna səbəb isə tatar əsilli Jamalanın "1944" mahnısında türk sözlərinin olmasıdır.

Qeyd edək ki, bu haqda "Facebook"da "Eurovision Turkey" səhifəsi məlumat yayıb.

Bildirək ki, Ermənistan müsabiqənin ilk yarımfinalında qondarma “DQR”in bayrağını qaldıraraq qaydaları pozub.

Rəqsanə


Müəllif:

Oxşar xəbərlər