23 May 2016 15:08
972
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Eurovision 2011”in qalibi Nigar Camal “AtV maqazin onlarla” verilişində “Hit parad”ın qonağı olub.

Teleqraf.com xəbər verir ki, müğənni ilk üçlüyə Miri Yusif, Zülfiyyə Xanbabayeva və Eldar Qasımovun mahnısını layiq görüb: “Zülfiyyə Xanbabayeva çox şirin qadındır, onun mahnılarını və səsini çox bəyənirəm. Eldarın mahnısı da xoşuma gəldi. Eldarla tədbirlərdə və s. tez-tez görüşə bilərik. Amma iş birliyinə gəlincə, Eldarın tam başqa bir stili var. Bəlkə də yenidən duet oxuya bilərik”.

N. Camal beşinci yerdə Sevda Yahyayevanın ifa etdiyi mahnını seçdi və onun mahnısını Amerikada aranjeman etdirməsinə qarşı çıxdı: “Amerikalı aranjemançı bizim stilimizi, bizim mahnıları necə başa düşə bilər? Eləcə də bizim müğənnilərin türk dilində mahnı yazdırmağını bəyənmirəm”.

Yerli məşhurlardan bir çox müğənniləri tanımadığın bildirən Nigar Camal müğənni Kərim Abbasovu tanımadı. Günay İbrahimlini isə “Hit parad”dan uzaqlaşdırdı: “Günay gözəl bir xanımdır. Onu “Eurovision 2011”in seçim turlarında tanımışdım. İndi tamamilə başqa stildə oxuyur. Mən “Bağdat” mahnısını Ayla Çelikin ifasında dinləyərdim, Günayın deyil. Onun da yaxşı mahnıları var. Mən demirəm ki, get öz mahnılarını oxu!”.

Müğənni yeni mahnılar təqdim etməməsinin də səbəbini açıqlayıb: “Tənbəlləşməmişəm... İki ölkə arasındayam. Londonda yaşayıram. Kimsə desə ki, mən başqa ölkəyə gedib, tanınacam, orada fəaliyyət göstərəcəm... Bu mümkünsüz bir işdir və vaxt itirməkdir. 15 yaşım yoxdur ki... Mənim üçün Türkiyə və Rusiya şou-biznesi uyğundur. Rusiyada fəaliyyət göstərmək üçün orada yaşamalısan. Türkiyə şou-biznesinə qatılmağı çox istəyirdim. Türkiyədə isə tanınmış olmaq üçün dayanmadan öz üzərində işləməlisən. Qızlarımın da yanında olmaq istəyirəm. Anayam, iki qızım böyüyür”.

Rəqsanə


Müəllif:

Oxşar xəbərlər