26 May 2016 01:35
990
12 Punto 14 Punto 16 Punto 18 Punto

Meyxanaçı Namiq Qaraçuxurlu “Ondan sonra” verilişində özünü ona bənzədən Elman Məmmədov haqqında danışıb.

Teleqraf.com xəbər verir ki, Namiq Qaraçuxurlu aparıcı Yusif Ağayevin “Sənin bənzərliyindən istifadə edərək toylara gedir, pul qazanır” sualına belə cavab verib: “Allah ruzisini bol eləsin. Heç bir narahatlıq, problem yoxdur. Sadəcə olaraq bəzi məqamlar var ki, orada diqqətli olmalıdırlar. Mən martda Almaniyada olanda aparıcı dostumuz mənə zəng etdi ki, burada bir xanım elə bilir ki, səninlə danışır. Mən bilmirəm o, Elman idi, ya başqası.. Adımdan bəzi insanlarla danışırlar. Bu məni narahat edir. Bu halın isə baş verməməsi yalnız onların insafına qalır. Mənim adımdan pul qazanırlar, nə deyim, Allah xeyir versin”.

Aylin


Müəllif:

Oxşar xəbərlər