26 May 2016 18:27
583
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyənin məşhur aktyoru Nejat İşlərin Türkiyədə kitabı çapdan çıxıb.

Teleqraf.com Türkiyə mətbuatına istinadla xəbər verir ki, “Gerçək hesab bu” adlı kitabda 30-a yaxın məqalə yer alıb.

Mətbuata müsahibə verən aktyor kitabda həyatda itirdikləri ilə bağlı yazdığını qeyd edib: “İtirdiklərim deyəndə burda həm insanları, həm də dəyərləri nəzərdə tuturam. İnsanlardan yazmaq çox çətindir”.

Aktyor alkaqola qurşanıb, ölümcül vəziyyətdə xəstəxanaya yerləşdirilib, daha sonra aldığı müalicələrdən dolayı üç il kinodan və televiziyadan uzaq qalıb. Bu illər ərzində ağır xəstəliyi arxada buraxan aktyor sənətə dönər-dönməz təkliflərin ardı-arası kəsilmədiyini deyir:

“Hər zaman təşvişlə qərar verirəm. Bu, xəstəxana dönəmindən qalan xüsusiyyətdir. O dönəm fikirləşirdim ki, görəsən ölsəydim, nə olardı? Axı mən bu günə qədər nə eləmişəm? Əlbəttə, işləmişəm, amma mənə görə ortada bir şey yoxdur. Ayağa qalxdım və dedim: bundan sonra özüm üçün heç nə etməyəcəm”.

Pərvin


Müəllif:

Oxşar xəbərlər