30 May 2016 13:42
3 140
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rəqqasə Fatimə Fətəliyeva şəxsi həyatı və fəaliyyəti ilə bağlı maraqlı etiraflar edib.

Teleqraf.com xəbər verir ki, rəqqasə "Atv maqazin onlarla" verilişində ikinci dəfə ailə qurarkən çox problem yaşadığını deyib: "Qızım Aydanın 20 yaşı var, oğlumun 5 yaşı olacaq. İnsanın bir dəfə ailəsi alınmırsa, yenidən ailə qurmaq çox çətindir, xüsusilə rəqqasə olduqda.

İkinci dəfə ailə qurarkən ətrafdan çox təzyiq edilirdi. İkinci həyatımla bağlı çox problemlər yaşadım. Düşünürlər ki, rəqqasə həyat yoldaşı ana ola bilməz. Amma həyat yoldaşım anladı ki, mən səhnədə rəqqasəyəm. Bu gün tam xoşbəxt qadın olmasam da, gözəl ailəm var. Oğlumun atası yanımdadır, hörmət edir, uşaqlarımı sevir. O məni çox hadisələrdən qoruyur".

Rəqqasə müğənni İlqar Xəyalın prodüseri işlədiyini etiraf edib: "İlqar Xəyal dedi ki, mənimlə işlə, səni Nailə Dadaşova ilə tanış edəcəm. İlqar Xəyal ilə onun çalışdığı restoranlara gedirdim. Düzdür, onunla bir ay çalışdım. Sonra Nailə xanımla tanış oldum. Çox insanlar elə bilirlər ki, bu sənətə ərəb rəqsi ilə gəlmişəm. Xeyr, milli rəqslə gəlmişəm. O vaxt ərəb rəqsinə çox pis baxırdılar. Amma mən özümü inkişaf etdirmək üçün ərəb rəqsi oynamalı idim. Sponsorum yox idi.

Ərəb rəqsi oynadığıma görə özümü bağışlaya bilmirəm, Aydanıma, oğluma görə. Ərəb rəqsi həyatımda çox problemlər yaradıb. Bu vaxta qədər də yaradır. Çox əziyyətli günlərim olub. Çörək almağa pulumuz yox idi. Bir gün anamın özünü öldürməsi haqqında məktubunu gördüm. Yazıb ki, "Mən özümü öldürəcəm". Çünki anamın borcları var idi, onları ödəmək lazım idi. Gündə qapımızı döyürdülər. Bunları görəndə başqa çarəm yox idi. Milli rəqs oynasaydım, borcları necə ödəyəcəkdim? Amma rəqs edərkən açıq-saçıq geyinib, özümü hörmətdən salmamışam. Amma özünə hörmət edən xanım üçün masalara yaxınlaşmaq çox çətin idi. Mən də masalara yaxınlaşmışam. İllər keçib onu hələ də unuda bilmirəm. Kaş ki bu olmamaydı".

Rəqsanə


Müəllif:

Oxşar xəbərlər