Xalq artisti Aygün Kazımova yaxın günlərdə “Orasına-burasına” adlı yeni mahnısını təqdim edəcək.
Teleqraf.com xəbər verir ki, mahnının söz və musiqisi Ceyhun Əliyevə, aranjimanı Rəşad Hüseynova, mix-masteri isə Yaşar Baxışa aiddir.
Təqdim olunacaq mahnı üçün Aygün Kazımova fotoqraf Kamran Aydınovun kamerası qarşısına keçib və fərqli fotosessiya etdirib. Müğənninin yeni imici üçün peşəkar heyət çalışıb.
Belə ki, Aygün Kazımovanın saç düzümünün müəllifi Umud Qasımov, baş aksesuarlarının müəllifi isə Dmitriy Turcandır.
Aygün Kazımovanın fotosessiya üçün etdirdiyi tatularının müəllifi Əhməd Məmmədzadə, videoqrafika Nicat Fərəcova aiddir.
Aygün Kazımovanın yeni fotosessiyasını təqdim edirik:
Rəqsanə