4 İyun 2016 12:03
568
12 Punto 14 Punto 16 Punto 18 Punto

Xalq artisti Həmidə Ömərova tələbələri üçün nigarandır.

Teleqraf.com xəbər verir ki, xalq artisti nigarançılığını “İnstaqram” hesabında bu sözlərlə ifadə edib:

“Çoxları üç günlük istirahətdədir... Mənsə tələbələrimlə imtahana hazırlaşıram. Tələbəlik illərim yadıma düşür... Moskvada yataqxanada 531-ci otaqda 4 qız idik. Hər imtahan ərəfəsində qızlar qayğıma qalıb, kitabları düzürdülər qarşıma, özləri loto oynayırdılar. Elə ki məni yuxu tuturdu, oyadıb qəhvə içirdirdilər. Səhər şifahi imtahanda birinci mən cavab verib, qiymət alırdım. Sonra o birilərini vəziyyətdən çıxarırdım.

İndi tələbələrim üçün nigaranam. İmtahanlar yazılıdır. Onlardan çoxu bilikli olsa da hər imtahan ərəfəsi olduğundan daha çox həyəcanlanırlar... Bu dəfə buraxılış imtahanıdır...”

Pərvin


Müəllif:

Oxşar xəbərlər