6 İyun 2016 11:12
801
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bəstəkar-müğənni Hacı Nazim "Hit parad"ın qonağı olub.

Teleqraf.com xəbər verir ki, Hacı Nazim "Atv maqazin onlarla" verilişində həmkarlarının mahnılarını bəyənməyib, hətta ifalarını dinləmədiyini qeyd edib.

Elnarə Xəlilovanın ifasını bəyənməyən bəstəkar gündəmə görə mahnı oxuduğunu qeyd edib.
Nadir Qafarzadənin mahnısını 9-cu yerdə qərarlaşdıran Hacı Nazim ifaçının bəstəsini gənclər üçün təhlükəli olduğunu qeyd edib: "O mahnıyı dinləyən gənclərdə intihar fikri formalaşa bilər".

Hacı Nazim Zülfiyyə Xanbabayevanın "Çarəsizəm" mahnısını 8-ci yerə layiq bilib: "Mahnını diskə köçürüb maşınımda dinləmərəm, amma o, xanımı şəxsiyyət kimi çox sevirəm. Eyni zamanda həyat yoldaşım Zülfiyyə xanımın mahnılarını çox sevir və dinləyir".

Bəstəkar Mir Yusifi isə qeyri-peşəkar adlandıraraq mahnısını 7-ci yerdə qərarlaşdırıb: "İnsanlar onu çox sevir. Amma onun musiqi təhsili yoxdur. Düşünürəm ki, insanların Miri Yusifin fəlsəfi mövzuda yazdığı mahnılar xoşuna gəlir".

Müğənni ilk üçlüyə Günel Zeynalova, Elçin Cəfərov və Natavan Həbibini layiq görüb. Hətta Natavan Həbibini sənətkar adlandırıb.

Hacı Nazim "Eurovision-2011" qalibi Eldar Qasımovu mahnısını "Hit parad"dan uzaqlaşdırıb: "Eldarı çox az tanıyıram. Onun mahnılarının heç birini dinləməmişəm. Janr məsələsi var. Bəlkə o mənə başqa fikirlə yanaşar. Hərdən bu janrı bəyənməyənlərə "çuşka" , "bozbaş" deyirlər. Qoy desinlər...Eldar məni üzrlü hesab et. Bu sənə verilən qiymət deyil. Sən də gələn dəfə məni sürüyərsən".

Rəqsanə


Müəllif:

Oxşar xəbərlər