“İndiyə qədər heç vaxt toy mahnıları bəstələməmişəm”.
Bunu Teleqraf.com-a açıqlamasında əməkdar artist Gövhər Həsənzadə deyib.
Bəstəkarın fikrincə, o mahnıları bəstələmək üçün başqa bir istedad lazımdır. Gövhər Həsənzadə xanım müğənnilərdən sifarişlər aldığını da gizlətməyib: “Hərdən çox istəyirəm ki, mən də toy mahnısı bəstələyim. Hamı bilir ki, bu sahədə pul yetərincədir.
Müğənnilər mənə belə mahnılarla bağlı bir neçə dəfə müraciət ediblər. Adlarını açıqlamaq istəmirəm. Mən də bu cür mahnılar yazmağa çalışdım, amma alınmadı. Onun üçün başqa istedada sahib olmalısan”.
Nərmin