230 kiloqram çəkisi olan 47 yaşlı Türkiyə vətəndaşı Cuma Yıldız dövlətdən yardım istəyib.
Teleqraf.com türk mediasına istinadla xəbər verir ki, piylənmədən əziyyət çəkən Cuma müalicə olunmaq arzusundadır:
“Piylənmədən əziyət çəkirəm, ancaq yoxsulluq ucbatından müalicə ala bilmirəm. 25 ildir evdə sürünə-sürünə yaşayıram. Evdən çölə çıxa bilmirəm. Çarəsizəm, dövlətin uzadacağı əli gözləyirəm. Allah rizası üçün mənə kömək edin. Müalicə olunmaq istəyirəm”.
Cumanın ögey anası Məryəm Yıldız 3 aydan bir maaş aldıqlarını və bunun gündəlik təlabatlara belə çatmadığını deyib.