Barbi Kenə bənzəmək üçün indiyədək plastik əməliyyatlara 400 min funt-sterlinq xərcləyən 34 yaşlı Rodriqo Alves kamera qarşısına keçib.
Teleqraf.com nyus.com-a istinadla xəbər verir ki, “Human Ken Doll” ləqəbli Alves plastik əməliyyatlarla yanaşı geyim tərzini də dəyişib. O, yaxın vaxtlarda 60-cı əməliyyata girərək 28 min funt-sterlinqə 6 qabırğasını çıxartdıracağını bildirib. Rodriqo Alves bu əməliyyata görə gərginlik keçirdiyini deyib: “Çox narahatam, çünki söhbət qabırğalardan gedir, piy çıxartmaqdan yox”.