11 Yanvar 2018 08:05
965
12 Punto 14 Punto 16 Punto 18 Punto

Birləşmiş Millətlər Təşkilatı 2021-ci ilədək ilk pilotsuz kosmik gəminin buraxılışını planlaşdırır. Bu barədə BMT-nin Kosmik Məkan Məsələləri üzrə İdarəsinin direktoru Simonetta di Pippo bildirib.

Teleqraf.com "İctnyus"a istinadən xəbər verir ki, “Dream Chaser” adlanan gəmi çoxdəfəli istifadə üçün yaradılacaq. Onun raketdaşıyıcısı vasitəsilə təxminən 300 km hündürlükdə orbitə çıxarılaraq orada iki həftəyə yaxın qalacağı, bundan sonra bazaya müstəqil qayıdacağı planlaşdırılır.

Gözlənilir ki, kosmik aparat BMT-nin bütün üzvlərinin – ilk növbədə kosmik proqram üçün vəsaitə malik olmayan inkişaf etməkdə olan dövlətlərin yararlana biləcəyi müxtəlif eksperimentlərin aparılması üçün istifadə olunacaq. “Biz bu ölkələr üçün beynəlxalq əməkdaşlıq əsasında Yerətrafı məkandan istifadəyə imkan yaratmağa çalışırıq”, - idarə rəhbəri vurğulayıb.

BMT-nin kosmik gəmisinin buraxılışının sponsorlar, eləcə də ondan istifadə edəcək dövlətlər tərəfindən maliyyələşdiriləcəyi nəzərdə tutulur. Kosmik aparatın hazırlanması ilə ABŞ-ın “Sierra Nevada” vençur şirkəti məşğul olacaq.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər