17 Fevral 2018 14:27
4 160
12 Punto 14 Punto 16 Punto 18 Punto

Güney Azərbaycanın Meşginşəhr məntəqəsində yaşayan iki bacı Şimali Azərbaycanda yaşayan bacılarına 63 il sonra qovuşublar.

Teleqraf.com xəbər verir ki, bu ayrılığa 1940-cı illərdə, Azərbaycan Milli Hökuməti süquta uğradıqdan sonra zəmin yaranıb. O zamankı meşginşəhrli Novruz Bərpuş vətəni tərk edərək, Şimali Azərbaycana sığınıb.

Məlumata görə, Bərpuş qaçqın düşdükdən sonra bir çoxları kimi Stalinin əmri ilə Sibirə sürgün edilib. Bundan sonra onunla Meşginşəhrin Təbnəq kəndində yaşayan ailəsi, o cümlədən 3 qızı arasında əlaqə təmami ilə kəsilib. Novruz Sibirdə məhkumluq müddəti bitdikdən sonra Şimali Azərbaycanın Gəncə şəhərində məskunlaşıb. O, yaşadığı yerdə ailə qurub, iki oğlan və bir qızı olub.

Novruz və iki oğlu SSRİ dağılmadan öncə vəfat edib, lakin onun Lüdmila adlı qızı ailənin tək uşağı kimi öz həyatını davam etdirib. Azərbaycan Respublikası 1991-ci ildə müstəqilliyini bərpa etdikdən sonra Novruzun nəvələri onu və ailəsini axtarmaq üçün Şimali Azərbaycana gəliblər. Onlar nəhayət babalarının Gəncədəki qəbirini tapıb və sonralar bunun izi ilə Lüdmilanı tapmağa nail olublar.

Məlumata görə, coğrafiya üzrə Moskva Universitetinin məzunu olan Lüdmila fevralın 15-də Güney Azərbaycanın Meşginşəhr şəhərinə səfər edərək 63 illik həsrətə son qoyub. Yaşlı bacılar Təbnəq kəndində bir-birlərini qucaqlayıblar, duyğusal anlar yaşanıb. Lüdmila bildirib ki, o, həyatı boyu bacılarını görməyi arzulayıb. Onun bacıları Zivər və Səfiyyə isə 63 ildir doğma ataları və onun ailəsini görmək həsrətində olduqlarını bildiriblər.


Müəllif: Samir

Oxşar xəbərlər