ABŞ-ın keçmiş modeli Karen Makduqal hazırkı prezident Donlad Trampla intim münasibətlərindən danışıb.
Teleqraf.com xəbər verir ki, bununla bağlı “Nyu York Tayms” nəşri məlumat yayıb.
Modelin sözlərinə görə, 2006-2007-ci illərdə Tramp həyat yoldaşına daim xəyanət edib: “Trampla 2006-cı ilin iyununda gecə klublarından birində tanış oldum. Bütün gecə mənə komplimentlər söylədi. Gecənin sonunda telefon nömrəmi götürdü, bundan sonra bir neçə dəfə telefonla danışdıq.
İkinci görüşümüz Los Ancelesdə baş tutdu. Tramp məni Beverli Hils otelinə dəvət etdi, çox nəzakətli davranırdı. 2 saat söhbətdən sonra intim əlaqəyə girdik.
Mənə pul təklif etdi, ancaq razı olmadım. O, hər dəfə Los Ancelesə gələndə mənimlə görüşürdü. Heç vaxt spirtli içki qəbul etmirdi.
Tramp tez-tez özü haqqında yazılmış kitabları mənə göndərirdi. 2006-cı ilin iyulunda biz qolf üzrə dünya çempionatını izləmək qərarına gəldik. Həmin gecə yenə təklikdə görüşdük... Bir müddət sonra o, məni ailə üzvləri ilə şam yeməyinə dəvət etdi.
Mənə dedi ki, həyat yoldaşı Melaniya “Tramp Tover”də qalır və gününü kitab oxumaqla təklikdə keçirir. Bizim əlaqələrimiz 2007-ci ilin aprelində bitdi.
Ayrılığımıza onun mənim anam haqqında dediyi söz oldu. O, mənim adamı “köhnə pul kisəsi” adlandırdı”.