24 Fevral 2018 17:59
2 208
12 Punto 14 Punto 16 Punto 18 Punto

Lənkəran sakini əqrəblərin əksinə işləyən saat ixtira edib.

Teleqraf.com ARB TV-ə istinadla xəbər verir ki, Lənkəran sakini Şahin Baxşıyevin düzəltdiyi bu saatın əqrəbləri əksinə işləyir.

O, saatın mexanizmində bəzi çarxları dəyişib. Bununla da saatın əks istiqamətə işləməsinə nail olub.

Saatsaz olan Şahin Baxşıyev bildirib ki, bu addımı yenilik etmək üçün atıb: “Düşündüm ki, bir saat yığım, əksinə işləsin. Təmir etdim, alındı”.

O, hazırda yeni qol saatı düzəltməklə məşğuldur. Həmin saat da əksinə işləyəcək. Gələcəkdə bu cür saatların sayını çoxaltmaq istəyir.

Şahin Baxşıyev 32 ildir ki, saat təmiri ilə məşğul olur.


Müəllif: İlhamə Əbülfət