3 Aprel 2018 20:11
2 529
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ-da yaşayan Erika Qarza adlı xanım, lap erkən yaşdan başlayaraq, açıq-saçıq filmlərin aludəçisinə çevrilib.

Teleqraf.com xəbər verir ki, 30 yaşlı qadın zərərli asılılıqdan xilas olmaq üçün uzun illərdir çaba göstərib, yollar arayıb. Amma nəticəsi olmayıb. Deyir ki, hər dəfə bu kimi filmlərə baxdıqdan sonra özünü pis hiss edib, daha doğrusu, özündən zəhləsi gedib. Amma bir neçə saatdan sonra onda yeni bir filmə baxmağa maraq oyanıb. O, bəladan qurtulmaq üçün bir neçə dəfə psixoloqa müraciət edib. Psixoloq film asılılığının amerikalı gənclər arasında geniş yayıldığını və ondan qurtulmağın müxtəlif yolları olduğunu Erikanın diqqətinə çatdırıb.

"Tənhalığın daşını at, evlən, bütün diqqətini ailənə yönəlt" məsləhəti Erikanın ağlına batıb. Qadın iki il öncə indiki həyat yoldaşı ilə tanış olub, evləniblər. İndi Erika sağlam həyat tərzi yaşayır. Bütün diqqətini, enerjisini ailəsinin xöşbəxtliyinə həsr edib.

Gənc xanım zərərli filmlərdən asılılığı aradan qaldırmağın yolları haqqında "Getting Off" adlı kitab da yazıb. Kitab böyük tirajla nəşr olunub və güniş oxucu kütləsi qazanıb.

Erika Qarza hazırda ikinci kitabını yazır. O, qeyd edib ki, zərərli filmlərdən qurtulmaq istəyənlərinin sayının günü-gündən artması onu ikinci kitab üzərində işləməyə vadar edib.


Müəllif: Natiq Həziquliyev

Oxşar xəbərlər