Türkiyənin Çanaqqala şəhərinin Gökçəada rayonunda “dünyada suyun altında ən uzun müddət qalan” insan adını alan “Akvarium adam” ləqəbli Ginnes rekordçusu Cem Karabay norveçli idmançı Nils-Roar Selnesin 15 saat 10 dəqiqəlik “ən uzun müddət soyuq dənizdə yaşama” rekordunu iki qat yeniləyib.
Aprelin 23-də Milli Suverenlik və Uşaq Bayramında saat 12:00-da rekord üçün suya girən Karabay aprelin 24-də saat 03.11-də rekordu əldə edib. Rekordun 23 saat 4 dəqiqə olacağını planlaşdıran Cem Karabay suyun altında özünü rahat hiss etdiyi üçün 30 saat 20 dəqiqə qalmağı qərarlaşdırıb. Norveçli idmançıdan fərqli olaraq türkiyəli Karabayın əynində xüsusi isitmə sisteminin olmaması diqqət çəkib.
Jurnalistlərə açıqlama verən rekordçu daha 10 saat qala biləcəyini deyib: “Sözümü yerinə yetirdiyim üçün xoşbəxtəm. Bizim üçün söz vermək şərəf, namusdur. Norveçli rəqibimi 2 qat keçdim, bu nəticə ölkəmizə yaraşdı”.
Ginnes Dünya Rekordunun Türkiyədəki qeydiyyatdan keçmiş yeganə hakimi Şeyda Subaşı Gəmiçi Karabay sudan çıxarkən sertifikatını təqdim edib.