Türkiyənin Malatiya şəhərində qızıldan 4 mərtəbəli bina tikilib.
Teleqraf.com xəbər verir ki, tərkibi 70 faiz qızıldan tikilən bina şəhərin Hacı Abdi məhəlləsində yerləşir.
Kənarda görənlərin “saray” dediyi 4 mərtəbəli binanın hər qatında otaqların qapı tutacaqları, pəncərələrin kənarları qızıl örtükdən hazırlanıb.
Eyni zamanda bina daxilində dekorasiyalar, divara vurulan yarpaq formalı bəzəklər, mebellərin tutacaqları da qızıldan hazırlanıb.