9 Sentyabr 2018 20:35
4 321
12 Punto 14 Punto 16 Punto 18 Punto

Yeriməyi təzəcə öyrənən oğlan özündən 10 dəfə böyük piton ilanı ilə oynayıb.

Teleqraf.com xəbər verir ki, uşaq ilanın üzərində kürsüdə əyləşdiyi kimi əyləşib, sonra isə yırtıcının başını qaldırıb. Pitonun uşağa maraq göstərmədiyi və getmək istədiyi görünür.

Bu səhnəni telefona uşağın valideynləri çəkib. Onlar videonu sosial şəbəkədə paylaşıblar. Kadrlarda böyüklərin gülüşü eşidilir. Görünür, ata və ana uşaqlarının təhlükəsizlikdə olduğuna əmindirlər.

İnsident İndoneziyanın Şərqi Yava əyalətində baş verib.


Müəllif: Səxavət

Oxşar xəbərlər