Futbolçu kristiano Ronaldo və nişanlısı Georgina Rodrigez iki şüşə şərab üçün 31 min avro ödəyib.
Teleqraf.com xəbər verir ki, bu barədə "The Sun" qəzeti məlumat verib.
Onlar restoranda cəmi 15 dəqiqə olublar.
Öncə dünyanın ən bahalı (20,628 avro) şərabı olan "Richebourg Grand Cru" sifariş edən cütlük daha sonra 1982-ci ilin istehsalı olan "Pomerol Petrus" (10,313 avro) sifariş ediblər.
Onlar restoranda ilk övladları Alana Martinanın bir yaşını qeyd ediblər.